39 yaşlı kişi bıçaqlanıb

  • SpaceTV
  • 11 Dekabr 2019 15:53

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

İnsident rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Nicat Vidadi oğlu Allahverdiyev Fehruz Novruz oğlu Muradov tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb. Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun