38 yaşlı kişi qoşqulu traktorun altında qalaraq dünyasını dəyişib.

  • SpaceTV
  • 3 İyun 2020 14:50

Bədbəxt hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. Belə ki, Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Musayev ehtiyatsızlıqdan həmkəndlisi Mikayıl Məlikzadənin idarə etdiyi qoşqulu traktorun altında qalaraq ölüb. Ehtimal olunur ki, hər iki rayon sakini özlərinə məxsus biçin sahəsindən qayıdarkən Famil Musayev ehtiyatsızlıqdan traktorun qoşqusunun üzrəində ot tayasından yıxılaraq təkərin altında qalıb. O, hadisə yerində dünyasını dəyişib. Onun meyiti ətrafdakıların köməyi ilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Rövən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun