36 yaşlı kişi ağacdan yıxılaraq ölüb

  • SpaceTV
  • 24 Oktyabr 2019 18:05

Bərdə rayonunda kişi ağacdan yıxılaraq ölüb. Hadisə Bərdə rayonun Alpout kəndində qeydə alınıb.Kənd  sakini 1983-cü il təvəllüdlü Məmmədov Səbuhi ağacda budama işləri apararkən yıxılıb. Ağır xəsarət alan Səbuhi Məmmədov Bərdə rayon təcili tibbi yardım avtomobili ilə rayon  mərkəzi xəstəxanasına çatdırılıb.Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun