36 tona yaxın gübrə fermerlərə satılıb

  • SpaceTV
  • 11 Noyabr 2019 15:43

Sentyabr ayından etibarən Aqrolizinq tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı davam edir. Sentyabr ayının 10-dan noyabrın 8-dək davam edən səyyar gübrə satışı zamanı Şəki-Zaqatala bölgəsi üzrə 72 kənd üzrə ümumilikdə 888 vətəndaş 70% güzəştlə mineral gübrə əldə ediblər.Şəkinin Cumakənd kəndində növbəti səyyar satışda sakinlər təsərrüfatları üçün lazımı gübrəni əldə ediblər.

Səyyar satışlar zamanı Şəkinin Cumakənd,Aşağı Göynük və Qudula kəndlərində 57 vətəndaşa 36 tona yaxın mineral gübrə satılıb.Adıçəkilən kəndlər isə əsasən taxılçılıqla məşğul olur.

Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarına gəldikdə,vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilər.Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun