36 ildən sonra çempion olan ilk niderlandlı – FOTO

  • Space TV
  • 1 Fevral 2021 17:48

Niderlandın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə 83-cü Tata Steel Masters turnirinin qalibi məlum olub.

Spacetv.az xəbər verir ki, bu, 21 yaşlı niderlandlı qrossmeyster Yorden van Foreestdir.

O, eyni – 8,5 xal toplamış Rusiya doğumlu Niderdland təmsilçisi Aniş Qiriyə armaqeddonda qalib gəlib. Bununla da o, Yan Timandan sonra bu turnirin qalibi olan ikinci niderlandlı olub. Timan 1985-ci ildə bu uğura yiyələnmişdi.

Qeyd edək ki, Azərbaycandan heç bir şahmatçının qatılmadığı yarışda norveçli dünya çempionu Maqnus Karlsen 7,5 xalla yalnız 6-cı ola bilib.

Paylaş

 Xəbəriniz olsun