3500 tondan çox yaş tütün qəbul olunub

  • Space TV
  • 27 Noyabr 2019 12:25

Tütün qəbulu və quru tütün istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.Qəbul edilən yaş tütün məntəqədə bir-neçə prosesdən keçdikdən sonra emala hazır olur.

Emal olunan quru tütün Ukrayna və Belarusiyaya ixrac olunur.Bu il isə yeni müqaviləyə əsasən 100 ton tütünün Polşa respublikasına göndərilməsi nəzərdə tutulur.Tütün kütləsi elə məntəqədə keyfiyətinə görə sortlara ayrılır.Bu işlər həm müasir avadanlıqlar vasitəsilə,həmdə əl əməyi ilə yerinə yetirilir.

Tütün yetişir və bir-neçə qırımdan sonra avtomobillər vasitəsilə məntəqəyə gətirilir.Bu proses yaz aylarından başlayaraq,payızın sonlarına qədər davam edir.Məntəqədən bildirildi ki,tütün mövsümü başa çatmaq üzrə olsa da,rayon ərazisindən onlarla qadın hazırda işlə təmin olunub.

Qeyd edək ki,Qaxda 405 hektar virciniya,15 hektar isə berley növlü tütün əkilib.Növbəti il isə,bu rəqəmlərin artacağı proqnozlaşdırılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun