35 yaşlı kişi qətlə yetirildi

  • SpaceTV
  • 12 Avqust 2020 15:20

İmişlidə bıçaqlanma hadisəsi baş verib 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Space TV-nin mılumatına görə, hadisə ötən gün İmişli rayonunun Göbəktala kəndində qeydə alınıb. Həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Rayonun Göbəktala kənd sakini, 36 yaşlı  Pünhan Hüseynov mübahisə zamanı, həmkəndliləri 35 yaşlı Amid Əmrahovu və 30 yaşlı Səbuhi Əmrahovu bıçaqlayıb. Amid Əmrahov aldığı bıçaq yarasından hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Cinayəti törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.  

Təyyar Nəsirli, Vüqar Qaliboğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun