35 Milyonluq narkotik vasitə məhv edildi

  • SpaceTV
  • 4 Oktyabr 2019 13:36

Məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş  müxtəlif növ narkotik vasitələr, psixatrop maddələr, o cümlədən 4599 ədəd çətənə bitkisi yandırma üsulu ilə məhv edildi. Qeyd edək ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Komissiyanın, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.Bu ilin  8 ayı ərzində dövriyyədən 2 tona yaxın narkotik maddə götürülüb, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3309 fakt aşkar edilib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 842 kq 28,4 qram müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, 257 ədəd həb müsadirə edilib.Cinayət məsuliyyətinə 2234 nəfər cəlb dilmişdirki,onlardan 18 yaşadək 8 nəfər,18-25 yaş 1173 nəfər ,26-29 yaş 346 nəfər,30 yaşdan yuxarı isə 1707 nəfər təşkil edir.

Səhiyyə Nazirliyinin Respubkiia Narkoloji Mərkəzində qeydiyyatda 31432 nəfər narkotik istifadəçisi vardırki,onlardan 26346 nəfəri dispanser,5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 626 nəfəri qadın,227 nəfəri toksikoman, 21872 nəfəri inyeksian narkotik istifadəçisidir.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun