34 yaşlı kişi Kürdə batdı

  • SpaceTV
  • 10 Avqust 2020 14:19

Kür daha bir can aldı. Yevlaxda çaya çimməyə gedən iki qardaşdan biri boğularaq ölüb.  Hadisə Kür çayının Yevlaxdan keçən hissəsində baş verib. 34 yaşlı Cəfər Cəfərov kiçik qardaşı ilə birgə Kürə çimməyə gedib. Boğulma təhlükəsi ilə üzləşən kiçik qardaş Şəhriyar Cəfərov ətrafdakıların köməyi ilə xilas edilib. Böyük qardaş Cəfər Cəfərov isə çayda boğulub.

Cəfər Cəfərovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən səhər saatlarına qədər axtarılıb.  Meyiti yalnız səhər saatlarında tapmaq mümkün olub. Mərhumun cansız bədəni onun ailəsinə təhvil verilib. 

Emin Babayev, Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun