34 illik həyat yolu

  • SpaceTV
  • 12 Sentyabr 2019 11:48

 “MIQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin məzar daşı hazırlanıb. Pilotun məzarı üzərinə onun fotosu və Azərbaycan bayrağı qoyulub.”

Rəşad Atakişiyevlə iyulun 24-də saat gecə saatlarında plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib. Aviasiya vasitəsi radarlardan itib. Təyyarə xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Qeyd edək ki, polkovnik leytnant sabiq dövlət müşaviri tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Onun özündən sonra 3 və 7 yaşında oğul övladları qalıb. İnanırıq ki, onun 2 övladı Rəşadın yolunu layiqincə davam etdirəcək.

Lalə Ülviqizi Space

Paylaş

 Xəbəriniz olsun