34 il öncə istehsal edilən avtomobil Mingəçevirdə elə istehsal edildiyi ildə olduğu kimi qalıb.

  • Space TV
  • 20 Yanvar 2020 12:16

Şəhər sakini Bayram Bayramov 1986-cı ildə aldığı “Vaz 21-013” marakalı avtomobili hər hansı detalını dəyişmədən, rəng vurdurmadan saxlayıb. Avtomobil sahibinin sözlərinə görə, həmin rəngdə və modeldə maşını ölkəmizə ilk dəfə o gətirib və hələdə yeganə olan minik vasitəsini qoruyub saxlayır. Yağış, gün görməyən avtomobilə şəhərdə maraq böyükdü. “Vaz 21-013” almaq həvəsində olanlar Bayram kişiyə yüksək məbləğ, xarici avtomobil, hətta təzə istehsal edilən “Vaz 21-07” təklif etsələr də onu satmağa məcbur edə bilməyiblər.

Qiymətli avtomobilini kimsəyə etibar etməyən şəhər sakininə  “ver maşının quluncunu qıraq” deyənlərdə az olmayıb. Bayram Bayramov isə ən yüksək sürdüyü sürətin saatda 100 km olduğunu deyir. Maşına maraq göstərənlər hətta onu paytaxtdan Mingəçevirə gəlin gətirmək üçündə dəvət ediblər.

34 il öncə istehsal edilən avtomobil belə vəziyyətdə qalmasının səbəbini sahibi ona göstərilən qulluqdan asılı olduğunu deyir. O maşını xususi örtükdə saxlayır, yuyulan zaman güclü su şırnağından, hər hansı köpükdən istifadəyə icazə vermir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun