310-dan fələstinli öldürülüb

  • SpaceTV
  • 24 Avqust 2019 15:24

İsrail qüvvələri Qəzzanın şərqində işğal edilən ərazilər istiqamətində yürüş keçirən fələstinlilərə atəş açıblar. Hər cümə günü müntəzəm şəkildə keçirilən bu yürüşlərdə indiyədək 310-dan çox fələstinli həlak olub.

Ötən gün gecə saatlarına qədər davam edən yürüşdə yaralananların sayı 90-a çatıb. Qəzzanın səhiyyə mənbələri 50 nəfərin odlu silahla atəş nəticəsində yaralandığını bildirirlər.

 Qeyd edək ki, fələstinlilərin “Ləbbeyk ya Qüds” devizi altında keçirdikləri ötən günkü yürüş 71-ci yürüşdür. Fələstinliləri bu yürüşlərə ABŞ-ın Qüds qərarından və Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsindən sonra başlayıblar. Hər cümə günü müntəzəm şəkildə keçirilən bu yürüşlərdə indiyədək 310-dan çox fələstinli həlak olub.

Paylaş

 Xəbəriniz olsun