31 yaşlı piyadanı maşın vurdu

  • SpaceTV
  • 5 Avqust 2019 13:24

Hacıqabulda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE.TV-nin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Nəvahi kənd sakini, 31 yaşlı Kənan Cəfərov  yolu keçmək istəyən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

                                                                                         Təyyar Nəsirli

Paylaş

 Xəbəriniz olsun