31 yaşlı oğlan öldürüldü

  • SpaceTV
  • 9 Dekabr 2019 18:16

Hadisə Nizami rayonu Qara Qarayev prospekti,31 ünvanında baş verib.31 yaşlı Ramal Kazımov kəsici-deşici alətlə ürək və bədəninin digər nahiyyələrinə zərbələr endirilməsi nəticəsində dünyasını dəyişib.

Daxil olan məlumat əsasında təxirəsalınmadan polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. İş üzrə məhkəmə-tibbi ekpertiza təyin edilib, eləcə də digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 24 yaşlı Namiq Bəxtiyar oğlu Səfərov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.Namiq Sədfərov şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun