300 qadına “yox” deyən kişi: “Evləndiyim qadın 100 kiloqram olmalıdır ki…”

  • Space TV
  • 22 Yanvar 2020 16:36

Pakistanın şimalındakı Mərdan şəhərinin 444 kiloqramlıq sakini Ərbab Xizer Həyat ölkəsində “Halk” ləqəbi ilə tanınır.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, boyu 1,97 santimetr olan Ərbabın hal-hazırda 27 yaşı var. Ailə qurmağa hazırlaşan Ərbab bildirib ki, bu günə qədər onunla ailə qurmaq istəyən 300 qadına yox deyib:

“Ailə quracağım qadın ən azı 100 kiloqram olmalıdır ki, yan-yana olanda yaxşı görünək. Boyu da 1 metr 92 santimetrdən uzun olsun”.

Bildirilir ki, pakistanlı “Halk” hər səhər 36 yumurtadan hazırlanmış qayğanaq və 3 kiloqram ətdən hazırlanmış yemək yeyir, 2 kiloqram balı “desert” kimi qəbul edir və 11 litr süd içir.

Paylaş

 Xəbəriniz olsun