Bu gün paytaxtın küçə və prospektlərində kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı ötən gün paytaxt sakinlərinə məlumat verilmişdi və bununla bağlı zərurət yaranmadığı təqdirdə sakinərin küçəyə çıxmamaları xəbərdarlığı edilmişdi.Əvvəlcə dezinfeksiya olunacaq küçə və prospektlərdə nəqliyyatın hərəkəti polis tərəfindən qismən məhdudlaşdırıldı daha sonra bütün küçəklər bu texnikaların vasitəsi ilə süpürüldü və dezinfeksiya edən texnikalar yollara çıxarıldı
BŞİH-in strukturları tərəfindən 40 çox ədəd xüsusi təyinatlı avtotexniki vasitə ilə şəhərdə hərəkətin intensivliyi və sıxlığı ilə seçilən nəqliyyat vasitələrinin və piyadaların ən çox istifadə etdiyi küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə 4 –cü dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirildi.
Həmçinin gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə dezinfeksiya olundu
Qeyd edək ki,ölkə başçısının tapşırığına əsasən BŞİH-nin strukturları yeni xüsusi təyinatlı nəqliyyat və digər texnika ilə təmin olunub və yaxın vaxtlarda sözgedən avtonəqliyyat vasitələri paytaxtda gətiriləcək
BŞİH –dən verilən məlumata görə paytaxda tibbi-praflaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək
RƏŞAD VƏKİLOĞLU SPACE TV