300 baş ev quşları tələf olub

  • Space TV
  • 16 Dekabr 2019 11:37

Qarabaqqal kənd sakini Rüstəmov Habil Əli oğluna məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı tikili yanıb. Zərərçəkən həmin tikilidə ev quşları saxladığını bildirib. Baş verən ani yanğın tikilini bütövlkdə cənginə alıb. Bu zaman orada bəslənən 300 baş ev quşu da yanaraq tələf olub. Əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər həmin tikiliyə bitişik fərdi yaşayış evini yanğından mühafizə ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun