30 ölü, 75 yaralı

  • SpaceTV
  • 10 Avqust 2019 15:41

Yəmənin Aden şəhərində Cənubi Yəmən Keçid Şurası qüvvələrinə qarşı bir qrup silahlı şəxsin hücumu zamanı baş verən atışmada 30 nəfər ölüb. Bu barədə Məlumatı “Al Arabiya” telekanalı yayıb.

Məlumata görə, hazırda Prezident Sarayı düşərgəsi Keçid Şurasının nəzarətindədir.  Şura öz qüvvələrini səfərbər edərək “İslax” partiyasına qarşı birləşməyə çağırış edib.

Qeyd edək ki, ötən gün Yəmənin Aden şəhərində bir qrup silahlı şəxslər Prezident Sarayına hücum edib. Sarayın mühafizəsini təşkil edən dördüncü briqada onlara müqavimət göstərərək hücumun qarşısını alıb. Hər iki tərəfdən ümumilikdə 75 nəfərin yaralandığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun