30 ildən sonra Cıdır düzündə Bayatı-Şiraz oxundu

  • Space TV
  • 23 Dekabr 2020 17:19

30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə konsert proqramı keçirilib.

Spacetv.az xəbər verir ki, konsert proqramı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzi tərəfindən təşkil edilib.

Konsert zamanı bir sıra mahnılar səslənləndirilib, o cümlədən Bayatı-Şiraz ifa olunub.

Qeyd edək ki, DTX Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Paylaş

 Xəbəriniz olsun