30 ildən çox məhkəmədən gizlənən cinayətkarı keçirdiyi epilepsiya nəticəsində tapmaq oldu

  • Space TV
  • 8 Sentyabr 2020 10:15

1989-cı ildə Almaniyada ağır cinayət törədərək Yunanıstana qaçın şəxsi 31 il sonra tapmaq mümkün olub.

Spacetv.az “Neos Kosmos”-a istinadən xəbər verir ki, yaxın dostunun həyat yoldaşına aşiq olan şəxs qadından iki uşağını və həyat yoldaşını ataraq onunla evlənməyi tələb edib.

İstəyinə nail ola bilməyən şəxs 1989-cu ilin altı aprel tarixində odlu silahdan atəş açmaqla 25 yaşlı qadını qətlə yetirib.

Törətdiyi qətldən dərhal sonra Almaniyanı tərk edən cinayətkar Yunanıstana köçərək sahil kənarında yerləşən kiçik şəhərlərdən birində gizlənib.

2020-ci ilin aprel ayında epilepsiya keçirən kişi xəstəxanaya yerləşdirilib.

Xəstənin şəxsi işi ilə tanış olan həkimlər onun Almaniya dövləti tərəfindən həbsinə order verildiyini aşkar ediblər.

Yunanıstan Ali Məhkəməsi cinayətkarı Almaniyaya ekstradisiya etmək barədə qərar verməyə hazırlaşdığı ərəfədə, kişi xəstəxanada vəfat edib. 

Paylaş

 Xəbəriniz olsun