3 yük avtomobili toqquşub

  • SpaceTV
  • 17 Sentyabr 2019 16:38

Hacıqabulda 3 yük avtomobili toqquşdu, nəticədə sürücülərdən biri həyatını itirib. Hadisəyə səbəb Türkiyə vətəndaşının avtomobilin sükanı arxasında yuxulaması olub.  

Hadisə gecə saat 23.45 radələrində Bakı-Qazax yolunun 160-cı kilometrliyində Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı, Samsun vilayət sakini, 1977-ci il təvəllüdlü Cumalı Qaraoğlan Həmid oğlunun idarə etdiyi Mersedes markalı qoşqulu yük avtomobili (TIR) Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq yolun kənarında dayanan qumla yüklənmiş “KamAZ” və  “Mercedes” markalı şüşə daşıyan maşına çırpılıb. Zərbənin gücündən “KamAZ” markalı avtomobil aşıb. Mersedes markalı avtomobildə təmir işi görən sürcü-Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Atakişiyev Əyyub Teyyub oğlu ağır xəsarət alaraq Şirvan şəhər xəstəxanasına çatdırlan anda dünyasını dəyişib. Digər sürücülər yüngül xəsarətlər alıblar.  Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.

Təyyar Nəsirli Vüqar Qaliboğlu Space 

Paylaş

 Xəbəriniz olsun