3 tondan artıq narkotik vasitə məhv edilib

  • SpaceTV
  • 10 Avqust 2020 14:01

Oğuzda yabanı halda bitmiş 3 tondan artıq narkotik vasitə yandırılıb. Space TV-nin məlumatına görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

İlkin Piranov, Space TV

Paylaş

 Xəbəriniz olsun