3 şəxsi xəstəxanalıq edən qəza – VİDEO

  • SpaceTV
  • 7 Oktyabr 2019 14:21

Astarada qohumların maşınları toqquşdu, 3 nəfər xəstəxanalıq oldu.

Minik və yük avtomobili axşam saatlarında Astara rayonunun Təngərüd kəndində toqquşub. “Mercedes” markalı minik avtomobilinin 25 yaşlı sürücüsü, Təngərüd kənd sakini Əhməd Əsgərovun yoluna çıxan iribuynuzlu heyvan onun idarəetməni itirməsinə səbəb olub. Sonra minik maşını qarşıdan gələn həmkəndlisi, 54 yaşlı qohumu Arzu Əsgərovun sürücüsü olduğu “Ford” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı yaralanan 3 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan minik avtomobilin sürücüsü və sərnişini reanimasiya, yük avtomobilin sərnişini, 47 yaşlı Kəmalə Allahverdiyeva isə travmatologiya şöbələrinə yerləşdirilib. “Mercedes”də olan 26 yaşlı sərnişin Ramiz  Əsgərov kəllə-beyin travması ilə daha ağır yaralandığı üçün Bakıdan həkim briqadası çağırılıb. Qeyd edək ki, qəzaya düşən hər iki avtomobildəki şəxslər Təngərüd kənd sakinləridir. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rövşən Almazoğlu  SPACE TV Astara

Paylaş

 Xəbəriniz olsun