3 şəhid ailəsinə mənzil verilib

  • SpaceTV
  • 30 Noyabr 2019 15:46

Respublikamızın müxtəlif bölgələrində yeni mənzillər inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Bu istiqamətdə tədbirlər Yevlax rayonunda da davam etdirilib və rayon üzrə 3 ədəd yeni fərdi yaşayış evi şəhid ailələrinə təqdim edilib.

Evlərin istifadəyə verilməsi  ilə bağlı keçirilən tədbirdə bildirilib ki, ölkə vətəndaşının rifah halının yüksəldilməsinin, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf stretegiyasının başılıca hədəflərindən olduğu vurğulanıb. Yeni fərdi yaşayış evləri ilə təmin edilən şəhid ailələri onların hərtərəfli təminatına, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ümumilikdə Yevlax rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 20 fərdi yaşayış evləri tikilir. Hazırda üç mənzil bu  gün tam tikilib hazır vəziyyətdə şəhid ailələrinin istifafəsinə təqdim olunub. 17 fərdi yaşayış evləri isə yaxın zamanda tam hazır vəziyyətdə vətəndaşların istifadəsinə veriləcək.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun