3 Rəngli bayrağımız

  • SpaceTV
  • 1 Oktyabr 2019 19:02

1918-ci ildə dövlət bayrağı haqqında qanun qəbul edilib və zaman keçdikcə  bayraq haqqında qanunda müəyyən dəqiqləşdirmə işləri aparılıb. Növbəti belə düzəliş dünən Milli Məclisin plenar iclası zamanı müzakirə edilib. Dünən Milli Məclisin iclası zamanı dovlət bayrağı ilə bağlı texniki xarakterli düzəliş edildi. Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna görə dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi ən azı 3 metrdən yüksək olsun. Hesab edilir ki, bu doğru yanaşma deyil. Əgər biz qanunu qəbul edib onu bayraq adlandırırqsa, ona parça deməyə mənəvi haqqımız yoxdur. Həmin maddədə “parça” sözü “bayraq” sözü ilə əvəz olunmalıdır.  Qeyd edək ki,  Parlametdə vaxtaşırı dövlət bayrağı ilə bağlı dəqiqləşdirmə aparılır. Bu dəqiqlədirilmənin aparılmasında əsas məqsəd isə dövlət bayrağının hörmətinin qaldırılması, bayrağın statusunun dəqiqləşdirilməsidir.

ORXAN ŞÜKÜR – SPACE TV

Paylaş

 Xəbəriniz olsun