Space TV nin bölgə müxbiri məlumat verir ki, Hacıqabulda 3 otaqlı ev yanıb.
Otaqlardan birinə yığılmış yun bağlamasında başlayan yanğın qısa zamanda bütün evi əhatə edib. Nəticədədə şəhər sakini Yaqub Həsənova məxsus ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli 3 otaq və aynabənd içindəki əşyalar ilə birlikdə yanıb.
Hadisə yerinə FHN-nin Hacıqabul Yanğından Mühavizə hissəsinin canlı qüvvəsi və iki yanğınsöndürən maşını cəlb olunub. Onların səyi nəticəsində Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb və baş vermə səbəbləri araşdırılır.