3 nəfəri öldürüb yeyən qatil: “İt, pişikləri tutub yeyirdim”

  • SpaceTV
  • 30 Oktyabr 2019 11:52

Rusiyada cinayətdə təqsirləndirilən şübhəli pişik, it və insanları öldürüb yediyini etiraf edib.

SPACE TV rus mediasına istinadən xəbər verir ki, Rusiyanın Arxangelsk şəhərində 2016-2017-ci illərdə 3 nəfərin itkin düşməsinə görə başlatılan əməliyyatda 51 yaşlı şəxs hadisədən 3 il sonra saxlanılıb. O, polisə ilk ifadəsində həmin 3 nəfəri bıçaqlayaraq öldürdüyünü deyib. Qatil cəsədləri basdırdığı yerləri polisə bildirdikdən sonra həmin yerlər tapılıb, qazılan yerlərdən həmin şəxslərin sümükləri, həmçinin it və pişik skeletləri də çıxıb. Bundan sonra qatil bıçaqladığı 3 nəfəri parçalara bölərək yediyini, daha sonra qalıqlarını basdırdığını etiraf edib.

Həmçinin o, zaman-zaman it və pişikləri tutub öldürdüyünü və yediyini deyib.

Paylaş

 Xəbəriniz olsun