3 nəfər dəm qazından zəhərləndi

  • Space TV
  • 31 Dekabr 2019 16:56

Dəm qazından zəhərlənmə halları Gəncə şəhərinin Alüminiumçular və Gülüstan qəsəbələrində qeydə alınıb. Birinci hadisədə şəhər sakini, 1993-cü il təvəllüdlü Gülər Quluzadə və onun 2014-cü il təvəllüdlü övladı Nurlan İsmayılov  yaşayış otağında otaqda dəm qazından zəhərləniblər. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına  yerləşdirilən ananın və Uşaq xəstəxanasaına aparılan uşağın  vəziyyəti orada stabilləşdirilib və onlar evə buraxılıblar. Digər zəhərlənmə hadisəsi isə şəhərin Gülüstan adlanan qəsəbəsində baş verib. 

1989-cu il təvəllüdlü Aygün Məhərrəmova hamam otağında dəm qazından zəhərlənib. Qadın dərhal Təcili tibbi Yardım xəstəxanasına yerləşdirilib. Zəruri müayinə və tibbi prosedurlardan sonra o da evə buraxılıb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun