3 min sərnişin aeroportda gecələdi – Yağışa görə

  • SpaceTV
  • 26 Oktyabr 2019 16:31

3000-dən çox sərnişin Yaponiyanın Narita aeroportunda gecələməyə məcbur qalıb.

SPACE TV xəbər verir ki, buna bir neçə gündür ki, aramsız yağan yağışların yaratdığı fəsadlar səbəb olub. Belə ki, güclü yağış aeroport ətrafında yolları yuyub, elektirkin verilişində fasilələr yaranıb.

Aeroport rəhbərliyi orada gecəlməyə məcbur olan sərnişinlərə isti yemək və örtük paylayıb.

Qeyd edək ki, Tiba rayonunda tüğyan edən güclü yağışların yaratdığı sürüşmələr nəticəsində 9 nəfər ölüb, 2 nəfər itkin düşüb

Paylaş

 Xəbəriniz olsun