3 min hektar pambıq əkilib -FOTO

  • SpaceTV
  • 13 Sentyabr 2019 12:39

Respubikamızın əksər pambıqəkən rayonlarında olduğu kimi, Goranboyda da pambıq yığımı mövsümü başlayıb. Rayonda 3 min hekterdan artıq sahədə pambıq əkilib

İri və çoxsahəli aqrar rayonlarımızdan  olan Goranboyda pambıq yığımına başlanılıb. Səpin zamanı yüksək reproduksiyalı toxumlardan istifadə edilməklə, cari mövsmdə  rayon üzrə 3 min 100  (Üç min yüz) hektardan  artıq ərazidə pambıq əkini aparılıb. Artıq ağ qızılın yığımı prossesinə başlanılıb. Kiçik sahələrdə pambıq yığımı əllə aparılsa da iri sahələrə texnikalar cəlb olunur.

 İlkin hesablamalara əsasən bu il rayonun pambıq sahələrindən hər hektardan orta hesabla 25 sentner məhsul yığılması gözlənilir. Yığım mövsümü yeni başlasa da artıq  50 tondan çox məhsul məntəqələrə təhvil verilib.

Rayonda pambıqçılıq ənənəvi sahə olduğundan  burada təsərrüfat sahiblərinin məhsullarını satmasında heç vaxt çətinliklər olmayıb. Belə ki,  uzun illərdir Goranboy rayonunda pambıq qəbulu ilə məşğul olan 3 iri şirkətlər fəaliyyət göstərir. Onlar təsərrüfatçılara pambıq əkini üzrə sifarişlər verirlər.

Beləliklə  də təsərrüfat sahblərinin ağ qızılı kimə satacağı ilə bağlı problemi də həllini tapır. Əlavə edək ki, ötən il Goranboy rayonunuda pambıq sahələrindən 10 min tona yaxın pambıq tədarükü aparılıb. Həmin il hər hektarda məhsuldarlıq 20 sentnerə yaxın olub.

Zakir Muradov, Nazim Quliyev, Goranboy – Space

Paylaş

 Xəbəriniz olsun