Yaz fəsli olmasına baxmayaraq ərazi quraqlıqdan səhranı xatırladır . bu müddət ərzində bir dəfə də olsun yağıntının düşməməsi sahibkarlara nə vəd edir ?Mütəxəsislərin rəyini bizdən biləcəksiz .
Qərb bölgəsinə 10 aydır yağıntının düşməməsi fermerləri cətin vəziyyətlə üz üzə qoyub . Ağstafa rayonunun Ən iri kəndlərindən olan Qırılıda əhalinin 80 faizi cörəyini torpaqdan cıxaranlardır . Amma iqlim şəraiti bu cür davam edərsə yerli əhali ili gəlir əvəzinə ziyanla başa vura bilər .
Havaların mülayim kecməsi səbəbindən fermerlək kartofu 1 aydan artıqdır ki torpağa basdırıblar . Amma torpaqda nəmlik olmadığından toxum olduğu kimi durur .
Fermerlər yaxın məsafədə olan artezanlardan kicik borularla xətt cəkərək kicik sahələrdə olan kartofun nəmliyini qorumağa calışırlar .
Hələ ötən ilin sentyabr ayından əkilən taxıl sahələrinin vəziyyəti daha da cətinə düşüb . əksər sahələr uzun müddət kecməsinə baxmayaraq bitiş verməyib . Ərazilər boz səhranı xatırladır .
Amma qıtlıq olmasına baxmayaraq ötən ildən suvarılan sahələrdə buğdanın azda olsa yaşıllaşdığını müşahidə etmək olur . bu isə olduqca az sahədir .Yağıntının yağmaması anbarlarada su toplamaqdada cətinlik yaradır.belə olan halda ümidi ancaq göydən və yerin altından gözləmək qalır .
Mövcud vəziyyət Ağstafa ilə yanaşı Tovuz rayonundada eyni idi . toxumu torpağa tapşıran fermer onu allaha tapşırır . Bu il rayonda 17 min 300 hektardan artıq taxıl əkilib ki bununda 60 faizi suvarilıb 40 faizi hələdə qalaqdadır . yağıntının olmadığı halda dəmyə əkinciliyindən isə danışmağa dəyməz . Bunuda Tovuz Aqrar inkişaf mərkəzindən sektor müdiri bildirdi .
Sektor müdiri ümidin ancaq suvarılan sahələrdəki artezanlara qaldığını bildirdi .Tovuz regional subartezan quyularının istismarı idarəsindən də bildirdilər ki quraqlıq səbəbindən artezanlar iki qat işləyir bu səbəbdəndə sərfiyyatı coxalıb .qurumdan oda bildirildi ki yağıntı düşmədiyindən hazırda su laylarındada azalma müşahidə olunur .
Vasif Vaqifoğlu SPACE TV