3 gündür metroda nə baş verir? – AÇIQLAMA

  • SpaceTV
  • 20 Fevral 2020 11:41

Bu gün səhər saatlarında metronun “20 Yanvar” stansiyasında sıxlıq yaranıb.

SPACE TV  xəbər verir ki, bununla bağlı açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, son üç gündə metroda sıxlıq müşahidə edilir. Buna səbəb isə sərnişinlərin sayının artmasıdır.

“Metrodan istifadə edənlərin sayı artıb. Gündəlik olaraq Bakı metrosundan 800 minə yaxın sərnişin istifadə edir”.

B.Məmmədovun sözlərinə görə, qatarlarda problem yaranmayıb: “Bəzi stansiyalarda sərnişinlər qatarın qapısını saxladığı üçün müəyyən yubanma olur”

Paylaş

 Xəbəriniz olsun