Adətən yolu keçmək istəyən piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir. İndi isə insan yolun kənar hissəsində dayandığı vaxt da onu avtomobil vurur. Qubada 3 gənci söhbətini onlara çırpılan avtomobil kəsib.
Rayonun Nügədi kəndində yolun kənarında söhbət edən 3 nəfər gənc gözlənilmədən naməlum avtomobil tərəfindən vurulub. Onlar müxtəlif dərəcəli bədən xasərətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada xəsarət alan eyni kənd sakinləri 2003-cü il təvəllüdlü Hüseyn Əzizova çənənin sağ üst, göz qapağının əzilmiş-kəsilmiş yaraları, 2000-ci il təvəllüdlü Fətəli Kərimova sağ budun arxa səthinin əzilmiş-deşilmiş yarası, 2000-ci il təvəllüdlü Nail Cavadova isə alının hər iki yanağın və sağ ayağaltı nahiyəsinin əzilmiş-cırılmış çoxsaylı yaraları diaqnozu qoyulub. Hazırda faktla bağlı araşdırma aparılır.
Emin Vaqifoğlu _____Quba