3-cü xurma festivalı keçirilib

  • SpaceTV
  • 26 Oktyabr 2019 15:11

 Festivalda iştirakçılar xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları festival iştirakçılarının böyük marağına səbəb olub.Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb.

Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyib.

Hazırda rayonda 850 hektara yaxın barverən xurma bağları var. Ötən il bu bağlardan 15 min tondan çox xurma məhsulu əldə olunub. Cari ildə isə istehsalın 16 min tondan çox olacağı gözlənilir.

Hazırda Balakən xurması daxili bazardan əlavə, MDB, Avropa və ərəb ölkələrinə də ixrac edilir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun