3-cü mikrorayon bazarı yanır

  • Space TV
  • 14 Dekabr 2019 18:04

Nəsimi rayonunda yanğın olub. 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.  

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub.  

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Paylaş

 Xəbəriniz olsun