Son illər heyvalara tətbiq olunan suni mayalanma öz müsbət nəticəsini göstərir. Bu dəfə Salyanda süni yolla mayalandırılan inək 3 bala doğub. Mütəxəssislərin fikrincə təbiətdə iribuynuzlu heyvanların 3 bala doğması nadir hadisə sayılır. Bu nadir hadisələrdən biri də Salyanda baş verib.
Təyyar Nəsirlinin xüsusi araşdırmasına görə, bu nadir hadisə Salyanın Beştalı kəndində yaşayan Rufullayevlər ailəsinin təsərrüfatında baş verib.
Uzun illərdir ki, həyətində mal-qara saxlayan Qızılgül Rufullayeva deyir ki, 6 ildir inək tək bala doğub. Amma ömründə ilk dəfədir ki, bir inəyin 3 bala doğduğunun şahidi olur.
Mütəxəssislər hesab edirlər ki, təbiətdə iribuynuzlu heyvanların 3 bala doğması nadir hadisə sayılır.
Qeyd edək ki, süni mayalandırma yolu ilə alınan buzovlar yerli buzovlardan fərqli olaraq çəki artımı daha çox olur.
Təyyar Nəsirli – Space – Salyan