3 əsrə şahidlik edən piano

  • SpaceTV
  • 27 Sentyabr 2019 12:21

Astara sakinin evində dəyərli bir əşya var. Bu, 3 əsrə şahidlik edən pianodur və onun 4-cü əsri görməsi təəssüf ki, sual altındadır.

Astaranın Şiəkəran kəndində yaşayan Ehtiram Dadaşov evində ulu babası ilə həmyaşıd olan musiqi aləti saxlayır. Evin musiqili sakininin 100-dən çox yaşı var. Söhbət Amerikada istehsal olunmuş pianodan gedir. O piano ki, okean adlayıb, neçə-neçə ölkələr dəyişib və sonda bizim məmləkətə gəlib çıxıb.

Maraqlısı da odur ki, bu əsrlər ərzində piano hələ də işlək vəziyyətdə qalıb. Bu pianoda ifa edən istər musiqiçi, istər not bilməyən şəxslər başqa pianolardan əsaslı şəkildə fərqlilik hiss etdiklərini bildirirlər, xüsusən də səslənmədə..

Ailəsində musiqiçi olmasa da, indi elə bir sərvəti var ki, musiqiçilərin əksəriyyətində yoxdur. Əlində çox dəyərli və qeyri-adi bir musiqi alətinin olduğunu deyən Ehtiram bəy narahatlığını da bildirdi. Pianonun sahibi maliyyə problemindən, şəraitizlikdən, o cümlədən işi ilə əlaqədar olaraq baxımsızlıqdan pianonun gələcəkdə sıradan çıxacağından narahatdır.

7-8 ilə başa gələn və 3 əsrə şahid olan bir piano tarixi və mədəni əhəmiyyətini itirmək üzrədir. Sahibi musiqi alətinin sıradan çıxmasının qarşısını almaqdan ötrü heç bir yerə müraciət etməsə də, biz inanırıq ki, aidiyyəti qurumlar, ya da bu kimi antiq əşyalara dəyər verən incəsənət adamları pianoya biganə qalmayacaqlar.

Rövşən Almazoğlu Space Astara

Paylaş

 Xəbəriniz olsun