293 nəfər deputatlığa namizədliyini geri götürdü

  • SpaceTV
  • 29 Yanvar 2020 11:06

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

SPACE TV-in Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 293 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1344 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun