29 yaşlı gənc karantin günlərində evdən çıxa bilməyən sakinlərə çörək, ərzaq paylayır.

  • SpaceTV
  • 9 Aprel 2020 15:40

Mingəçevirdə yaşayan Mirasim Yunisov 10 günə yaxındır yaşadığı şəhərin müxtəlif küçlərini gəzərək evdə qalan insanlara yardım edir. Şəhər sakini örnək addımı ilə diqqət çəkir. Ölkədə koronavirus infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə karantin bitənə qədər yardım edəcəyini deyir.

Mirasim Yunisov özünə məxsus avtomobillə hər gün 200-300 çörək paylayır. Könüllü gənc Mingəçevirdə Aprel şəhidlərinin ailələrini ziyarət edib, onlara ərzaq bağlamaları təqdim edib.  Sakinlərdə Mirasimin bu təşəbbüsünü yüksək qiymətləndirlər.

Mingəçevirdə yaşayan 29 yaşlı gənc bu təşəbbüsünə digər insanlarında qoşulmasını vacib sayır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun