29 yaşlı gənc bıçaqlandı

  • SpaceTV
  • 19 Sentyabr 2020 14:08

Ağstafada bıçaqlanma hadisəsi baş verib. Spacetv.az-ın məlumatına görə, hadisə  rayonun Köçəsgər kəndində qeydə alınıb. Belə ki,  29 yaşlı  Köçəsgər kənd sakini  Elvin Babayev bədənin çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya  gətirilib.  Dərhal  yaralı  həkim nəzarətinə  götürülüb . Xəstəyə lazımi tibbi yardım göstərilib,  həkimlər yaralının  vəziyyətinin orta-ağır olduğunu  bidirirlər. Məlumata görə, o, tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Vasif Vaqifoğlu, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun