“28 May” stansiyasında sərnişindən şok addım

  • SpaceTV
  • 17 Oktyabr 2019 15:46

Bakı Metropoliteninin “28 May” stansiyasında həyəcanlı anlar yaşanıb.

SPACE TV xəbər verir ki, bu barədə qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov “qafqazinfo”ya bildirib.

O, vurğulayıb ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb: “Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir. Bu səbəbdən də həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır”.

Paylaş

 Xəbəriniz olsun