27 yaşlı gənc qəzada həyatını itirdi

  • Space TV
  • 1 Sentyabr 2020 13:20

Goranboyda minik maşını ağaca çırpılıb, 27 yaşlı gənc həyatını itirib.  Spacetv.az-ın məlumatına görə, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Səfikürd kəndi ərazisindən keçən hissəsində baş verib. Yoldan çıxan avtomobil yol kənarındakı söyüd ağacına çırpılıb. Nəticədə avtomobil hissələrə bölünüb. Qəza zamanı 27 yaşlı Samir Xanlarov hadisə yerində dünyasını dəyişib. 20 yaşlı Əli Məmmədov isə ağır bədən xəsarətləri alaraq Goranboy rayon xəstəxanasına, oradan da Gəncədə yerləşən tibb ocaqlarından birinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev,  Şamo Adıgözəlov,  Spacetv.az

Paylaş

 Xəbəriniz olsun