26 yaşlı oğlan dəm qazından öldü

  • Space TV
  • 29 Dekabr 2020 16:42

Goranboyda 26 yaşlı gənc zəhərlənərək ölüb. 

Spacetv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Əzizov hamamda olarkən dəm qazından zəhərlənib. 

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun