2500-dən çox saxta əlillik

  • SpaceTV
  • 14 Oktyabr 2019 17:39

Silsilə tədbirlərlə bu il 2500-dən artıq saxta əlillik almış şəxslər müəyyən edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında dedi. O bildirdi ki, saxta əlillik dərəcəsi almağa cəhd edənlər arasında 18 yaşına çatmayanlar çoxluq təşkil edir. 

Sahil babayev qeyd etdi ki, bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Proaktiv xidmət odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına da ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur.

Nazir onu da bildirdi ki, qısa müddət ərzində Əməyin Mühafizəsi Fondunun təsis sənədlərinin, nizamnaməsinin və əsasnaməsinin təsdiq olunması gözlənir. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir. 

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun