250 min dollar borc aldı, qaytarmadı – Abşeronda

  • SpaceTV
  • 30 Oktyabr 2019 15:12

Bakı şəhər sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib.

SPACE TV  xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Məlumata görə, 1965-ci il təvəllüdlü İntiqam Hüseynov Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək ötən ilin may ayında 1964-cü il təvəllüdlü Nazim Pənahovun ondan 256 min ABŞ dolları aldığını, indiyədək qaytarmadığını bildirib.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun