25 yaşlı gəlin qayınatasını bıçaqladı – VIDEO

  • Space TV
  • 15 Sentyabr 2020 14:12

Astarada bıçaqlanma hadisəsi baş verib. Space TV xəbər verir ki, 25 yaşlı gəlin qayınatasını bıçaqlayıb. Hadisə gecə saatlarında Maşxan kəndində baş verib. Kənd sakini, 60 yaşlı Nadir Axundov öz evində gəlini, 25 yaşlı Aysel Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan kişi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub,vəziyyəti normal qiymətləndirilir. 

Aysel Axundova 5 il əvvəl hadisəni törətdiyi evə gəlin gəlib. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub və gəlinin yenidən ər evinə qayıtmaq istəyi qaynatasının narazılığı ilə nəticələnib. Bu səbəbdən  gəlin mətbəx bıçağı ilə qayınatasını bıçaqlayıb. Polis əməkdaşları tərəfindən saxlanılan Aysel Axundova törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun