25 ton yapon alması

  • SpaceTV
  • 2 Noyabr 2019 14:58

Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı da dözümlüyü ilə seçilir.Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “FuJi”, “Sakuray” və “Ramzes” sortlarıdır. Ömrünün 50 ilini bağçılığa həsr edən bağban deyir ki, alma tinglərini  2006-cı ildə yaponiyalı mütəxəssislərdən  əldə edib.Bu tingləri bir neçə ağaca calaq edib.Qısa bir müddətdə bu meyvə sortlarının məsuldar və keyfiyyəti olduğunu görən təsərrüfat sahibi daha sonra bağındakı bütün yerli alma ağaclarını kəsərək bu sortlar ilə calaq edib.

Bir çox üstünlükləri ilə seçilən bu meyvəyə kənddə hər kəs tərəfindən maraq göstərilir.Sakinlər qocaman bağbana müraciət edərək onlar da bağlarında bu meyvə sortlarından becərməyə üstünlük verirlər.

Hazırda  Ramiz Kərimovun 1 hektar alma bağında minə yaxın meyə ağacı var.Bağ sahibi bu il bağdan 25 ton məhsul əldə edib.Yeni sort almaların müştərisi də boldur.Ləziz dadı ilə seçilən və təbii tərkibli alma alıcılara yerli meyvə sortundan fərqli laraq 5 dəfə baha qiymət satlır.

Yaponiyalı mütəxəssislər tez-tez Ramiz Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar.Bağa qulluğun vacib olduğunu bildirən təsərrüfatçı ağaclara daha çox üzvi gübrələr verir.Hazırda yapon alması ilə yanaşı,bu ölkədən gətirilən digər meyvə və tərəvəz sortlarının da becərilməsi ilə məşqul olan bağban gələcəkdə  təsərrüfat sahəsini genişləndirmək istəyir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun