25 mindən çox Rusiya vətəndaşı ölkəsinə qayıda bilmir

  • SpaceTV
  • 30 May 2020 16:04

25 mindən çox rusiyalı koronavirus pandemiyası səbəbindən ölkəyə qayıda bilmir.

SPACE TV xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə xaricdəki Rusiya vətəndaşlarını vətənə qaytarmaq üçün 10 çarter reysi təşkil olunacaq.

Qeyd edək ki, 27 mart tarixindən Rusiya koronavirus pandemiyası səbəbindən digər ölkələrlə ənənəvi və çarter reyslərini dayandırıb.

Paylaş

 Xəbəriniz olsun