25 dövlət əmlakı növbəti hərracda özəlləşdiriləcək

  • Space TV
  • 29 Dekabr 2020 14:11

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 26 yanvar 2021-ci il tarixində təşkil ediləcək.

Hərraca 25 dövlət əmlakı, kiçik dövlət müəssisəsi və yarımçıq tikili çıxarılacaq.

Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Paylaş

 Xəbəriniz olsun