24 Yaşlı qadın itkin düşüb

  • SpaceTV
  • 16 Avqust 2019 14:30

Lənkəranda 24 yaşlı qadın itkin düşüb. Lənkəran sakinindən keçən aydan etibarən xəbər yoxdur.

İtkin düşən qadın Şəbnəm Məmmədzadədir. O, ailə həyatı qursa da, 4 il əvvəl həyat yoldaşından boşanıb. Lənkəranın Separadi kəndində ata evində yaşayıb. O, iyul ayının 20-i səhər saat 10 radələrində evdən çıxaraq övladını bağçaya aparıb. Uşağı orada qoyandan sonra isə naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb.

Atasının dediyinə görə, qızı əqli cəhətdən qüsurludur. Əvvəllər də bir dəfə analoji hadisə yaşanıb və Şəbnəm sonradan tapılıb. Son günlər ərzində isə o, hər hansı ciddi problemlə üzləşməyib, heç kimlə münaqişə yaşamayıb.

Şəbnəmin Məmmədzadənin 4 yaşında bir oğlu var. Valedeynlərinin sözlərinə görə,4 yaşlı Amil hər gün ağlayaraq anasının qayıdacağını gözləyir.

Qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Rövşən Almazoğlu Space Lənkəran

Paylaş

 Xəbəriniz olsun